REGİONLAR


Sumqayıtda yerli büdcənin proqnoz gəlirləri 112,3 faiz, xərcləri isə 100 faiz icra edilib

Sumqayıt, 5 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Ölkədə çoxşaxəli islahatların davam etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə sahibkarlara dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Sumqayıtda 2018–ci ildə Sahibkarlığın İnkişafı Fondundan 4 layihə üzrə 7 milyon 207 min manat məbləğində güzəştli kredit ayrılıb. Layihələrin icrası nəticəsində 100-dən çox yeni iş yeri yaradılıb.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ötən il bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 456 milyon manat olub. Bu da 2017-ci ilin göstəricisinə nisbətən 2,5 dəfə və ya 276 milyon manat artım deməkdir.

Ticarət dövriyyəsi 912 milyon manat olmaqla, əvvəlki dövrlə müqayisədə 9 faiz artıb.

İqtisadi göstəricilərin artması nəticəsində yerli büdcənin proqnoz gəlirləri 112,3 faiz, xərcləri isə 100 faiz icra olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.