REGİONLAR
Sumqayıtda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib
Bakı, 6 mart, AZƏRTAC
Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı şəhər ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk və market aşkar edilib. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb. Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyekt aşkar edilib.
Həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]
Xankəndidə silah-sursat aşkarlanıb
- 19.04.2024 [09:12]