CƏMİYYƏT
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib
Sumqayıt, 9 avqust, AZƏRTAC
Sumqayıt şəhərində avtomobil yol kənarında dayanan digər maşına çırpılaraq aşıb. Hadisə şəhərin 10-cu mikrorayon ərazisində, Koroğlu prospektində baş verib.
AZƏRTAC xəbər verir ki, prospektlə hərəkətdə olan “Mitsubishi” markalı minik maşınının sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini yol kənarında dayanan “Chevrolet Aveo” markalı avtomobilə çırpıb. Zərbənin gücündən “Mitsubishi” aşıb.
Aşan maşında olan iki nəfər ağır xəsarət alıb. Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıb.
Polis İdarəsindən bildirilib ki, qəza zamanı ölən olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.