İDMAN


“Sumqayıt”ın 2 futbolçusu milli komandanın heyətinə dəvət alıb

“Sumqayıt, 16 may, AZƏRTAC

Azərbaycan futbol üzrə milli komandası “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq. Artıq A milli komandanın heyəti açıqlanıb.

“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, adıçəkilən oyunlar üçün nəzərdə tutulan heyətdə "Sumqayıt"ın 2 futbolçusu yer alıb. Belə ki, Aleksey İsayev və Əli Babayev Macarıstan və Slovakiya ilə oyunlar üçün milli komandanın heyətinə dəvət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.