İDMAN


“Sumqayıt”ın 4 futbolçusu koronavirusa yoluxub

Bakı, 1 dekabr, AZƏRTAC

“Sumqayıt” klubunda koronavirusa yoluxmuş futbolçuların adları bəlli olub.

AZƏRTAC xəbər verir ki, qapıçı Mehdi Cənnətovdan başqa, müdafiəçi Elvin Bədəlov, yarımmüdafiəçilər Vüqar Mustafayev və Kərəm Sultanovda xəstəliyin simptomları aşkarlanıb. Amma onların test nəticələri mənfi çıxıb. Buna baxmayaraq, sözügedən oyunçular “Qəbələ” ilə matç ərəfəsində komandanın düşərgəsindən kənarlaşdırılıblar.

Qeyd edək ki, daha əvvəl “Sumqayıt”ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə virusa yoluxmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.