REGİONLAR


Sumqayıtın “Buta” qızlar ansamblı İsmayıllıda konsert verib

Sumqayıt, 28 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində fəaliyyət göstərən “Buta” qızlar ansamblı İsmayıllı Rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Bölgələrdən-bölgələrə” layihəsi çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsi və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Konsertdə “Buta” qızlar ansamblının solistləri Şəbnəm Faiq qızı, Gülzar Fərəcova, Gülbəniz Əsədova, Əfruz Atakişiyevanın ifasında Xalq artisti Əlibaba Məmmədov, Ələkbər Tağıyev, Xalq artisti Zeynəb Xanlarovanın mahnıları, muğamlar, saz havaları maraqla dinlənilib.

Tədbirin sonunda Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbinin direktoru Vasif Heydərov çıxış edərək belə tədbirlərin keçirilməsinin regionlar arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını bildirib və davamlı olacağını qeyd edib.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.