REGİONLAR
Sumqayıtın “Günəşim” kukla teatrı Xızıda uşaqları sevindirib
Xızı, 26 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun “Günəşim” kukla teatrı Xızı rayon Heydər Əliyev Mərkəzində “Qırmızı papaq” tamaşasını nümayiş etdirib. Səhnə əsəri Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Xızı rayon Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinin dəvəti ilə reallaşıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, Yeni il ərəfəsində keçirilən tamaşaya bayram personajlari Şaxta baba və Qar qız da qoşulublar.
Uşaqların asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün zənginləşməsi məqsədilə keçirilən tamaşada nağıl qəhrəmanları - qırmızı papaq, nənə, dovşan, tülkü, ayı, canavar, eyni zamanda, Şaxta baba və Qar qız uşaqlarla maraqlı söhbət edib, əyləncəli vaxt keçiriblər.
Teatrın ideya müəllifi Ayişə Səfərli, bədii rəhbəri Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel Hüseynovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]