CƏMİYYƏT


Sumqayıtın “Xəzər bağları” massivində ətrafa yayılan qoxunun səbəbi məlum olub

Bakı, 23 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhərinin “Xəzər bağları” massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıblar.

Nazirliyin 4 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Vəliyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı iy-qoxunun “Xəzər bağları” massivi ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub. Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.