İDMAN


“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib

Bakı, 12 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 12-də “Sumqayıt” futbol klubunun baş məşqçisi Nazim Süleymanov istefa verib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 53 yaşlı mütəxəssis səhhəti ilə əlaqədar müqaviləsinə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. N.Süleymanovun istefa ərizəsi Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib və sözləşməsi bu gündən ləğv olunub.

Qeyd edək ki, Nazim Süleymanov bu ilin iyununda “Sumqayıt”ın baş məşqçisi təyin olunub və onunla iki illik müqavilə bağlanılıb. Komanda Azərbaycan Premyer Liqasında 11 turdan sonra 11 xalla 6-cı sırada qərarlaşıb. Sumqayıt təmsilçisi sonuncu turda “Keşlə”yə 1:4 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.