MƏDƏNİYYƏT


Sumqayıtın estrada-musiqi qrupları “YARAT”da konsert verib

Bakı, 5 noyabr, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin “Səmt” və “Start” estrada-musiqi qrupları çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsertdə filmlərdən sevimli və tanınan musiqilər, habelə Azərbaycan, rus və digər dillərdəki populyar mahnılar, müəllif kompozisiyaları səsləndirilib. Konsert proqramı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilib.

Qeyd edək ki, uşaqlardan ibarət “Start” qrupu 2016-cı ildə təsis olunub və müxtəlif musiqi alətlərlərində ifa edən 11 iştirakçıdan ibarətdir. Qrup Bakıda Caz Festivalında, Beynəlxalq Muğam Mərkəzində, Avrasiya Xalqları Assambleyası Günlərinin açılışında, həmçinin Bakı və Sumqayıtda müxtəlif məkanlarda çıxış ediblər.

9 iştirakçıdan ibarət “Səmt” estrada qrupu isə 2010-cu ildə təsis olunub və artıq bir çox tədbirlərdə çıxış edib.

Hər iki qrupun rəhbəri bəstəkar və musiqiçi Vadim Cavadovdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.