REGİONLAR


Sumqayıtın gənc müəllimləri üçün layihə idarəçiliyi ilə bağlı təlim keçirilib

Sumqayıt, 11 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Şahmat Məktəbində “Gənc müəllimlərin layihə idarəçiliyi” mövzusunda təlim keçirilib. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə reallaşan layihə iki gün davam edib.

Baş İdarədən AZƏRTAC–a bildirilib ki, təlimin məqsədi gənc müəllimlərin qrant müsabiqələrində layihə yazılışı və layihə idarə edilməsi istiqamətində biliklərinin artırılmasıdır.

Beynəlxalq təlimçi Ramil Süleymanov təlim zamanı gənc müəllimlərə layihə anlayışı, problemin təsviri, layihənin məqsədi, vəzifələri və uğur göstəriciləri, layihədən faydalananlar və hədəf qrupları, görüləcək işlər, icra müddəti və icra planı, gözlənilən nəticələr, layihənin monitorinqi və davamlılığı mexanizmi barədə ətraflı məlumat verib.

Təlim prosesində iştirakçılarla praktik məşğələlər aparılıb, suallar cavablandırılıb.

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.