REGİONLAR


Sumqayıtın gənc musiqiçiləri “Qızıl payızın ulduzları” müsabiqəsində uğur qazanıblar

Sumqayıt, 6 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Tallin şəhərində keçirilən “Qızıl payızın ulduzları” müsabiqəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Q.Qarayev adına Sumqayıt şəhər 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri birincilik qazanıb.

İdarədən AZƏRTAC –a bildirilib ki, musiqinin müxtəlif janrlarını əhatə edən müsabiqədə məktəbin 4-cü sinif şagirdi Aysu Məmmədzadə, 3-cü sinif şagirdləri Ayla Pənahova və Çingiz Ələsgərov fortepiano ixtisası üzrə müxtəlif yaş kateqoriyalarında birinci yerə layiq görülüblər.

Şagirdləri müsabiqəyə müəllimləri Esmira Əliyeva və Sevda Ələkbərli hazırlayıb.

Sumqayıtlı gənc musiqiçilərin çıxışı münsiflər heyətində xüsusi maraq doğurduğu üçün onlar xüsusi diplomla təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.