REGİONLAR


Sumqayıtın inkişafı Ulu Öndərin adı ilə sıx bağlıdır

Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC

Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Sumqayıtda da qeyd edilib.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə kollektivlərinin əməkdaşları, ictimaiyyət nümayəndələri Ümummilli Liderin adını daşıyan parkda Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Daha sonra Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında respublikanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı nümayiş olunub.

Ölkəmizə rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev Sumqayıtda 16 dəfə olub və hər səfəri böyük tarixi hadisə kimi yaddaşlarda qalıb.

Şəhərdə sənayenin, elmin və təhsilin, sosial həyatın coşqun inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçib. Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılıb, yeni mikrorayonlar, yaşayış məhəllələri salınıb. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclik və sənaye şəhəri olan Sumqayıta çoxsaylı səfərlər edib. Bu səfərlər zamanı bir çox sənaye müəssisəsi açılıb.

Bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt artıq Cənubi Qafqazın ikinci sənaye mərkəzi kimi yeni üfüqlərə doğru addımlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.