REGİONLAR


Sumqayıtın mədəniyyət müəssisələrində Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt, 26 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə klub müəssisələrinin hazırladığı "Ordum məni qoruyur" adlı konsert təşkil edilib. Gənc müğənnilərin ifasında Vətəni vəsf edən şən mahnılar səslənib, "Turan" milli rəqs qrupu "Azərbaycan inciləri" rəqsini təqdim edib.

Corat qəsəbə mədəniyyət evinin özfəaliyyət kollektivi isə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Konsertdə mədəniyyət evinin “Karvan” instrumental ansamblının müşayiətilə rəngarəng musiqi nömrələri, solist Şəbnəm Faiqqızının ifasında xalq mahnıları xoş ovqat yaradıb.

Nizami Gəncəvi adına Kitabxana-Klubda “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi ilə birgə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan “Mən şəhid oldum ki, Vətən yaşasın” adlı tədbir keçirilib. Tədbirdə Mübariz İbrahimov haqqında geniş məlumat verilib, ona həsr olunmuş “Təəssüb” poemasından parçalar səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.