REGİONLAR


Sumqayıtlı abituriyentlər qəbul imtahanlarında yüksək nəticə göstəriblər

Sumqayıt, 12 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt məzunları əvvəlki illərin ənənəsini davam etdirərək, bu il də qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticələr göstəriblər.

Şəhər Təhsil şöbəsindən AZƏRTAC a bildirilib ki, bu il ali məktəblərə qəbul imtahanlarında 2385 abituriyent iştirak edib. Onlardan 118 abituriyent 600-dən yuxarı bal toplayıb. Məktəblər üzrə - Təbiət Elmləri Təmayüllü Gimnaziyadan 44, Texniki və Təbiət Elmləri Liseyindən 15 abituriyent, “İstedad” liseyindən 8, 12 nömrəli tam orta məktəbdən 8, 31 nömrəli tam orta məktəbdən 7, “Təfəkkür” liseyindən 6, 35 nömrəli tam orta məktəbdən 6, 4 nömrəli tam orta məktəbdən 5 abituriyent 600-dən yuxarı bal toplayıb.

Təbiət Elmləri Təmayüllü Gimnaziyada abituriyentlərin 44,8 faizi, Texniki və Təbiət Elmləri Liseyində 26,3 faizi, “İstedad” liseyində 22,8 faizi, 40 nömrəli tam orta məktəbdə 22,2 faizi, “Təfəkkür” liseyində 17 faizi, 12 nömrəli tam orta məktəbdə 11,3 faizi, 31 nömrəli tam orta məktəbdə 10 faizi 600-dən yuxarı bal toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.