REGİONLAR


Sumqayıtlı abituriyentlərin 69 faizi tələbə adını qazanıb VİDEO

Sumqayıt, 14 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

2016-2017-ci tədris ilində Sumqayıt məktəblərində 1872 sinif komplektində 47545 şagird təhsil alıb. Bu, əvvəlki dərs ili ilə müqayisədə şagird sayının 2000 nəfərdən çox artması deməkdir. 2017-ci ildə Sumqayıt şəhər ümumtəhsil məktəblərini 2250 nəfər 11-ci sinif şagirdi başa vurub. Onlardan 2080-i ali məktəblərə sənəd verib.

AZƏRTAC xəbər verir ki, bu barədə tələbə adına qazanan sumqayıtlı gənclərlə keçirilən görüşdə söhbət açılıb.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan görüşdən əvvəl foyedə şəhərin yaradıcı uşaqlarının əl işlərindən ibarət sərgiyə baxış olub. Sonra şəhərdə təhsildə qazanılan uğurlardan bəhs edən film göstərilib.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri qazandıqarı uğurlar münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər diləyib. O, son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən yüksək qayğıdan danışıb və Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Zakir Fərəcov bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır. Bunun nəticəsidir ki, Sumqayıt üzrə ali məktəblərə sənəd verənlərdən 1403 nəfəri, yəni abituriyentlərin 69 faizi tələbə adını qazanıb. Respublikanın digər bölgələrindən fərqli olaraq şəhər üzrə ali məktəblərə sənəd vermə faizi 82 faizə yaxındır. 2017-ci ildə şəhərin məzunlarından 411-i 500-dən, 169-u 600-dən yuxarı bal toplayıb. Bu, ötənilki göstəricidən 30 nəfər, təxminən 22 faiz çoxdur. O cümlədən 200 məzun 500-600, 108 nəfər 600-649, 61 nəfər isə 650-700 intervalında bal toplaya bilib. Orta bal 345,7 olub ki, bu da respublika üzrə ən yüksək göstərici olmaqla yanaşı, ötən illə müqayisədə 19 faiz yüksəkdir. Bir məzun isə maksimum nəticə göstərərək 700 bal toplayıb. Doqquz tələbə Prezident təqaüdünə layiq görülüb. Builki nəticələrə görə Sumqayıt məktəbləri respublika üzrə göstəricilərə görə birinci yerə layiq görülüb.

Sonra məzunlar çıxış edib, onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.

Görüşdə ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə qiymətli hədiyyələr, qabaqcıl müəllimlərə isə fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.