REGİONLAR


Sumqayıtlı gəncin əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılır

Bakı, 26 sentyabr, AZƏRTAC

Afət Mirzəyeva Sumqayıt şəhər sakinidir. Orta məktəbi bitirdikdən sonra ailəsi onun həkim olmasını istəsə də, o, özünün əl qabiliyyətinə güvənərək, sənətkarlıq, daha dəqiq desək, qrafik rəssamlıq sahəsini seçir. Bu məqsədlə özünü daha da təkmilləşdirərək, dizaynerlik ixtisası üzrə təhsil alır.

Təhsil aldığı müddətdə qrafik rəsm əsərlərinə daha çox maraq göstərən Afət rəssamlığın bu sahəsini daha dərindən araşdırır və əl işləri hazırlayır. Daim axtarışda olan sənətkar qrafik rəssamlıq sahəsində yeni bir istiqamət olan abstrak rəssamlığın stilizə olunmuş heyvanlar növünə maraq göstərməyə başlayır. Hazırda bu sahə üzrə işlərini davam etdirən Afət Mirzəyeva müxtəlif yağlı boyalardan istifadə etməklə kətan və kağız üzərində abstrakt kompozisiyalar hazırlayır.

AZƏRTAC xəbər verir ki, Afət Mirzəyeva “ABAD”ın dəstək göstərdiyi gənc sənətkarlardan biridir. Onun “ABAD” layihəsinə qoşulmaqda məqsədi isə əl işlərinin satışını daha da artırmaq və yeni dizaynlar əsasında əl işlərinin çeşidini genişləndirməkdir.

Bir-birindən gözəl əl işləri ilə öz biznesini genişləndirən Afət xanım “ABAD”ın ona göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Onun əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.