REGİONLAR


Sumqayıtlı rəssamların şəhər parkında sərgisi açılıb

Sumqayıt, 15 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtın Nəsimi adına mədəniyyət və istirahət parkında şəhərin 70 illiyi çərçivəsində “Canlanır hər qarış çöl Sumqayıtda” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və “Nigart” rəsm dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Açıq səma altında təşkil olunan sərgidə 30-a yaxın fırça ustasının sənət əsəri nümayiş olunub.

Əvvəlcə qonaqlar gənclərin ifasında klassik musiqi sədaları altında sərgiyə baxış keçirib, müəlliflərin təqdimatı ilə tanış olublar.

Tədbirdə çıxış edənlər Sumqayıtın son illər ərzində əsaslı yenidənqurma və abadlıq işlərinin aparılması nəticəsində xüsusi zövq oxşayan görkəm qazanmasından, sərginin istedadlı və yaradıcı gəncləri aşkara çıxarmaq, qabiliyyətlərini nümayiş etdirə bilmələri üçün şərait yaratmaq, habelə asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini qeyd ediblər.

Sərgidə fəal iştiraklarına görə bir qrup gənc rəssam fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.