REGİONLAR


Sumqayıtlı şagirdlər narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar

Sumqayıt, 6 dekabr, AZƏRTAC

Sumqayıt şəhərindəki N.Tusi adına 12 nömrəli tam orta məktəbdə “Narkotiklərə yox de” adlı maarifləndirici xarakterli görüş keçirilib.

AZƏRTAC bildirir ki, şəhər polis idarəsinin, müvafiq səhiyyə təşkilatlarının və təhsil sektorunun nümayəndələri şagirdlər qarşısında narkomaniyanın dağıdıcı rolundan danışıblar. Tədbirdə bu istiqamətdə görülən və görülməsi vacib olan işlər, profilaktik tədbirlər barədə çıxışlar olub, konkret faktlar diqqətə çatdırılıb.

Çıxışlarda narkomaniyaya qarşı mübarizənin əsas məqsədinin sağlam mühit və sağlam gələcək olduğu vurğulanıb.

Narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə hazırlanmış sosial videoçarx nümayiş etdirilib.

Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.