REGİONLAR


Sumqayıtlı şairin 75 illiyi qeyd edilib

Sumqayıt, 23 oktyabr, AZƏRTAC

Sumqayıt şəhər Poeziya Evində Səməd Vurğun adına Mərkəzi Kitabxananın, Nizami Gəncəvi adına Kitabxana-klubun və Mərkəzi Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə sumqayıtlı uşaq şairi Məmməd Namazın 75 illiyinə həsr olunan tədbir keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, tədbirdə şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib. Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova, şairlər Rafiq Yusifoğlu, Ələsgər Həsənli, Almaz Sahilə yubilyarın yaradıcılığından söz açıblar.

Daha sonra şairin şeirləri əsasında hazırlanmış ədəbi kompozisiya, “Analar və balalar” nağılı əsasında səhnəcik təqdim edilib.

Tədbirdə “Balalara hədiyyə” adlı kitab sərgisi, Nizami Gəncəvi adına Uşaq Kitabxanasının və Səməd Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin oxucularının yubilyarın şeirləri əsasında çəkdikləri rəsmlər nümayiş etdirilib.

Sonda şair Məmməd Namaz tədbirdə əməyi olan hər kəsə minnətdarlığını bildirib, yeni şerlərini oxuyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.