DÜNYA


“Sun Country Airlines” aviaşirkətinin pilotu Florida aeroportunda həbs edilib

Vaşinqton, 30 oktyabr, AZƏRTAC 

ABŞ-ın Minnesota ştatının “Sun Country Airlines” aviaşirkətində çalışan pilot Fort-Mayers bələdiyyəsi ərazisində Cənub-Qərbi Florida Beynəlxalq Aeroportunun təhlükəsizlik sistemindən tapança keçirməyə cəhd edərkən həbs edilib.

AZƏRTAC xəbər verir ki, 54 yaşlı Brayan A.Maktemes lisenziyasız odlu silah gəzdirməkdə şübhəli bilinib. Lisenziyasız silah gəzdirmək isə Floridada cinayətdir. B.A.Maktemes girov müqabilində iki saat sonra azad edilib. Onun məhkəməsi noyabrın 26-na nəzərdə tutulub.

Polisin faktla bağlı məruzəsində deyilir ki, Brayan A.Maktemes Nəqliyyat Təhlükəsızliyi İdarəsinin (NTİ) nəzarət-buraxılış məntəqəsindən keçəndə onun çamadanında içinə altı güllə doldurulmuş 0,380 kalibrli tapança aşkar edilib. NTİ qaydalarına görə, pilotlar müəyyən şərtlərdə heyətin kabinəsində odlu silah gəzdirə bilərlər, amma silah hakimiyyət orqanlarını məlumatlandırandan sonra xüsusi çamadanda daşınmalıdır. Pilot şəxsi silah gəzdirməsi üçün Minnesotada ona verilən icazəni polisə təqdim edib, amma Florida ştatı Minnesota ştatında qanuni olan bu sənədi tanımayıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşqinton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.