İDMAN


“Sundays with Unity” turnirində azərbaycanlı şahmatçı üçüncü yeri tutub

Bakı, 28 iyul, AZƏRTAC

“Unity Chess Club”un təşkilatçılığı ilə keçirilən blits üzrə onlayn “Sundays with Unity” turnirində azərbaycanlı şahmatçı Vüqar Rəsulov uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Lichess.org” platforması vasitəsilə keçirilən yarışda təmsilçimiz 90 xalla üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, turnirdə 536 şahmatçı mübarizə aparıb ki, onlardan da 60-ı qrossmeyster olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.