MƏDƏNİYYƏT
Soultzmatt şəhərində azərbaycanlı bəstəkarın mahnıları alqışlarla qarşılanıb
Soultzmatt, 10 dekabr, AZƏRTAC
Soultzmatt şəhərində “Rencontre Art et Culture vallis praenobilis” Assosiasiyasının mədəniyyət və incəsənət nümayəndələrinin əsərlərindən ibarət 21-ci sərgisi açılıb. Sərgidə Fransanın tanınmış incəsənət nümayəndələrinin əsərləri nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Sundhoffen kommunasının sakini, azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru İlahə Ahui də iştirak edib.
İ.Ahui tədbirdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Tofiq Quliyevin “Sevgi valsı”, “Ala göz”, “Bakı” və “Axşam” mahnılarını ifa edib. Azərbaycanlı vokalistin ifası incəsənət nümayəndələri və şəhər sakinləri tərəfindən alqışlarla qarşılanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Soultzmatt