DÜNYA


Süni intellekt ilk dəfə albom üçün musiqi yazıb

Bakı, 24 avqust, AZƏRTAC

Süni intellekt tərəfindən musiqi əsərlərinin bəstələnməsi, musiqi albomlarının yazılması artıq reallıqdır. Belə ki, “IAMAI” musiqi albomu tamamilə elektron bəstəkar tərəfindən yazılmış musiqidən ibarətdir.

AZƏRTAC “belta.by” saytına istinadən xəbər verir ki, ilk öncə “Amper” süni intellekti mağaza və ofislər üçün sakit mahnılar bəstələməli idi ki, onların sahiblərinin müəlliflik hüququ ilə bağlı problem olmasın. Amma sonra süni intellektin yaradıcıları belə proqramın əsl mahnıların yaradılmasında faydalı ola biləcəyi barədə düşünüblər.

Müğənni Tarin Sautern ilə birgə ilk albomun çıxarılmasına dair qərar verilib. Sözlərin müəllifi olan müğənni həm də vokal partiyalarını ifa edib. O, temp, ritm və musiqi stili təyin edib, “Amper” süni intellekti isə saniyələr ərzində onun sözlərinə musiqi bəstələyib.

Süni intellektin öz iştirakı ilə ilk klip yaradılıb. Əlbəttə, bu kompozisiyanı musiqi sənətinin şah əsəri adlandırmaq çətindir, amma bu, yalnız başlanğıcdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.