ELM VƏ TƏHSİL


“Süni intellekt” mövzusuna həsr olunmuş Biznes İnnovasiya Konqresi keçiriləcək

Bakı, 23 sentyabr, AZƏRTAC

Oktyabrın 10-da Moskvada “Süni intellekt” mövzusuna həsr olunmuş Biznes İnnovasiya Konqresi keçiriləcək.

AZƏRTAC ict.az saytına istinadla xəbər verir ki, 2012-ci ildən etibarən dünyanın müxtəlif ölkələrində keçirilən biznes-innovasiyalar konqresi böyük və kiçik biznes sahibkarları, təşkilatların nümayəndələri, ekspertlər, investorlar və ixtiraçılar üçün biznes-meydançadır.

Konqresin proqramında dünya üzrə tanınmış mütəxəssislərin çıxışları, işgüzar görüşlər, həmçinin tematik dairəvi masalar çərçivəsində ekspert sessiyaları nəzərdə tutulub. Tədbir çərçivəsində “Texnoloji inkişaf trendləri”, “Süni intellekt və gələcək” , “Süni intellekt əsrində biznes və insan” bölmələri üzrə müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.