ELM VƏ TƏHSİL


Süni intellektin tətbiqində yerli və beynəlxalq təcrübə müzakirə olunacaq

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 15-də “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfrans institutun və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Konfransda xarici ölkələrdən dəvət olunan mütəxəssislərin iştirakı ilə məhkəmə sistemi və digər sahələrdə süni intellektin tətbiqində yerli və beynəlxalq təcrübə haqqında çıxışlar olacaq, müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.