İQTİSADİYYAT


“Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarında 13 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub

Bakı, 3 oktyabr, AZƏRTAC

Qoyuluş gücü 4,8 meqavat olan “Suqovuşan-1” və 3 meqavat olan “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarında cari il sentyabrın 1-dək 13 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

AZƏRTAC xəbər verir ki, bu haqda Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, 2020-ci il oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi işğaldan azad edilib. 1 il sonra - 2021-ci il oktyabrın 3-ü tarixində isə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.