MƏDƏNİYYƏT


Suqovuşanın azadlığa qovuşması xəbəri Ankarada böyük coşqu ilə qarşılanıb VİDEO

Ankara, 4 oktyabr, AZƏRTAC

Ankarada Qarabağın işğaldan azadlığı naminə haqq mübarizəsi aparan Azərbaycan Ordusuna dəstək və xalqımızla həmrəylik məqsədilə konserti keçirilib. Şanlı Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Ağdərə rayonunun Suqovuşan bölgəsinin işğaldan azad olunması xəbəri tədbirdə böyük izdiham yaradıb.

AZƏRTAC xəbər verir ki, tədbir ərzində “Bir millət, iki dövlət!” şüarı ilə başlanan birlik və həmrəylik çağırışları səslənib.

“Türkiyə-Azərbaycan dostluq konserti” adlandırılan bədii proqram Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Xalq Çalğı alətləri ansambllı tərəfindən birgə təşkil olunub. Təşkilatçı ansamblın bədii rəhbəri Cem Gurdal bildirib ki, bu tədbirin məqsədi Azərbaycan cəmiyyətindəki ruh yüksəkliyinə töhfə vermək, Azərbaycanın müzəffər Ordusunu alqışlamaq və uğurlar diləməkdir.

Azərbaycanın Xalq artisti, türk dünyasının sevimli müğənnisi Azərinin ifasında zəfər mahnıları ifa olunub. Azərbaycan-Türkiyə qardaşlığına, müzəffər Ordumuzun qalibiyyətinə dair şüarlar səslənib. Konsertdə Azərbaycan və Türkiyə başda olmaqla digər türk xalqlarının da mahnıları, rəqsləri ifa olunub.

Rəsmi şəxslər, diplomatlar, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri tədbir iştirakçılar arasında yer alıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.