REGİONLAR
Şura iclasında bir sıra məsələlər müzakirə edilib
AZƏRTAC xəbər verir ki, iclasda rayonun sosial-iqtisadi, ictimai-siyasi, dini və mədəni həyatının mühüm problemlərinin təhlil edilməsi, aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələrində əmək intizamı və dərsə davamiyyət sahəsinə tədbirlərin görülməsi və məktəbəqədər müəssisələrin işinin tənzimlənməsi, rayonda baytarlıq xidmətinin vəziyyəti, heyvandarlıq sahəsində vaksinasiya və zoobaytar tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər, kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təşkili, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı istiqamətində görülən işlər və s. məsələlər müzakirə olunub.
Müzakirə edilən məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənilib.
Şura iclasında yas mərasimlərinin sadə qaydada keçirilməsi ilə bağlı tövsiyələrin icra olunması məsələsinə də diqqətlə yanaşılıb. Qeyd olunub ki, bu tövsiyə əhali tərəfindən müsbət qarşılanır və artıq rayonda ehsan mərasimləri dəbdəbədən uzaq və sadə keçirilir.
İclasda müzakirə edilən məsələlərin həlli ilə əlaqədar müvafiq tapşırıqlar verilib.