CƏMİYYƏT
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları Hövsanda 50 aztəminatlı ailəyə yardım ediblər VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin şəxsi heyəti Hövsan qəsəbəsində koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə müqəddəs Ramazan ayının başlanması münasibətilə yardımlar edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları ümumilikdə 50 ailəyə baş çəkib müxtəlif ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət bağlamaları onlara təqdim ediblər.
Yardım edilən şəxslər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, eləcə də daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən bu tipli xeyriyyə aksiyaları Ramazan ayı boyunca mütəmadi olaraq davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:53]
Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək
- 28.03.2024 [18:35]
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb
- 28.03.2024 [18:28]
Canını Vətənə fəda edənlər – Elçin Şükürov
- 28.03.2024 [18:25]
Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib
- 28.03.2024 [18:17]