CƏMİYYƏT
Suraxanı rayon sakinindən 3 kiloqramdan artıq narkotik vasitə götürülüb
Bakı, 13 aprel, AZƏRTAC
Suraxanı rayon sakinindən 3 kiloqramdan artıq narkotik vasitələr aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zığ qəsəbə sakini B.Məcidovun həyətyanı sahəsindəki qaraja baxış zamanı oradan 3 kiloqram 248 qram marixuana, 3 qrama yaxın heroin, 6 qrama yaxın metamfetamin, tiryək, 7 qrama yaxın tramadol, preqabalin və klozapin Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunaraq götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]