CƏMİYYƏT
Suraxanı rayon sakininin həyətyanı sahəsindən çətənə kolları aşkarlanaraq götürülüb
Bakı, 17 sentyabr, AZƏRTAC
Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin və Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbə sakini E.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 94 çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla əlaqədar təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]