CƏMİYYƏT


Suraxanı rayon sakinlərindən ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitələr aşkarlanaraq götürülüb

Bakı, 28 aprel, AZƏRTAC

Suraxanı rayon sakinlərindən ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitələr aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri C.Abdullayev, F.Kulmanov və S.İsmayılov Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı onlardan ümumilikdə 1 kiloqram 964 qrama yaxın heroin, 239 qramdan artıq metamfetamin və 9 qrama yaxın tramadol aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.