CƏMİYYƏT
Suraxanı rayonunda 220 metr uzunluğunda rabitə kabeli oğurlayan şəxslər saxlanılıb VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Bülbülə qəsəbəsində 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr kabel oğurlayan şəxslər Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov tutulublar.
Həmin şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]