CƏMİYYƏT
Suraxanı rayonunda atmosfer havasını çirkləndirən kompleksin direktoru cərimələnib
Bakı, 2 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Suraxanı rayonunun Hövsan kəndinin ərazisində fəaliyyət göstərən Quşçuluq kompleksindən ətrafa yayılan kəskin qaz qoxusunun gəlməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər departamentlərinin mütəxəssisləri həmin ünvanda monitorinq və araşdırma aparıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin ərazinin atmosfer havasından nümunə götürülərək analiz olunub. Analizlərin nəticələrinə görə nümunələrdə etil-benzolun sanitar normadan 5,4 dəfə çox olduğu müəyyən edilib. Faktla bağlı Quşçuluq kompleksinin direktoru Emin Sadıqov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]