CƏMİYYƏT


Suraxanı rayonunda avtomobil qaçıran şəxslər tutulublar

Bakı, 15 avqust, AZƏRTAC 

Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edən Əmircan qəsəbə sakini Ə.Kərimov avqustun 12-də evinin qarşısından “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Suraxanı qəsəbəsi ərazisində maqnitofonu oğurlanmış vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və Z.Musayev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.