CƏMİYYƏT


Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı, 10 avqust, AZƏRTAC 

Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə binanın 4-cü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı və mənzilin eyvanında dolab yanıb. Yüksək temperaturdan digər mənzilin eyvanının lambirindən ibarət üzlüyünün bir hissəsi yararsız hala düşüb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.