CƏMİYYƏT


Suraxanı rayonunda əhalinin 88 faizi tibbi müayinədən keçib

Bakı, 14 may, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin hər yerində olduğu kimi Bakının Suraxanı rayonunda da əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması işi mütəşəkkilliklə davam edir. Aksiya rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada həyata keçirilir. Suraxanı rayon üzrə 159 min 15 nəfər (əhalinin 88,1 faizi) və 127 müəssisənin kollektivi tibbi müayinədən keçib. Onlardan 9 min 33 nəfəri rentgen, 5 min 102 nəfəri USM aparatından, 16 min 568 nəfəri laboratoriya və 3 min 265 nəfəri EKQ müayinəsindən keçib. 4 min 41 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 137 nəfər stasionar müalicəyə cəlb edilib, 152 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Rayonda tibbi müayinənin aparıldığı səhiyyə ocaqlarından biri də 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsidir. Xəstəxananın baş həkimi Azər Məmmədov bildirib ki, xəstəxananın poliklinika şöbəsi tibbi müayinələrin aparılması üçün əvvəlcədən tam hazır vəziyyətə gətirilib və əhalinin tibbi müayinəsi uğurla başa çatıb. Vurğulanıb ki, poliklinika 36 min 952 nəfər əhaliyə xidmət edir. Tibbi müayinədən 30 min 32 nəfər keçib. Onlardan 2 min 840 nəfəri rentgen, 790 nəfəri USM aparatından, 4 min 118 nəfəri laboratoriya və 684 nəfəri EKQ müayinəsindən keçib. Onlardan 1162 nəfərində müxtəlif xəstəliklər aşkar olunub, 31 nəfər stasionar müalicəyə və 30 nəfər Bakı şəhərinin digər xəstəxanalarına müayinə üçün göndərilib.

Tibbi müayinədən çox razı qalan rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.