CƏMİYYƏT
Suraxanı rayonunda heroin qəbul edərək taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb VİDEO
Bakı, 25 iyul, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Zığ qəsəbəsində yaşayan Balahəsən Ağayev idarə etdiyi “Ravon” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə olan heroin qəbul edərək sürdüyünü etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində Balahəsən Ağayevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.
Sürücü barəsində protokol tərtib olunub. Balahəsən Ağayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.