CƏMİYYƏT


Suraxanı rayonunda ikimərtəbəli tikilidə yanğın olub

Bakı, 8 sentyabr, AZƏRTAC

Paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 40 kvadratmetr olan ikimərtəbəli (birinci mərtəbədə sanitar qovşağı və hamam, ikinci mərtəbədə köməkçi otaq) tikilinin dam örtüyü 20 kvadratmetr sahədə və ona bitişik ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evin dam örtüyü 5 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.