CƏMİYYƏT
Suraxanı rayonunda imkansız ailələrdən olanların oftalmoloji müayinəsi aparılıb
Bakı, 29 may, AZƏRTAC
Suraxanı rayonunda Qızıl Aypara Cəmiyyətinin (QAC) rayon bölməsi və rayon Qadınlar Cəmiyyəti “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai birliyi ilə birgə tənha, kimsəsiz yaşlı və aztəminatlı ailələrin üzvlərindən olan 37 nəfər üçün humanitar oftalmoloji müayinə təşkil edib.
QAC-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyanın əsas məqsədi cəmiyyətdə oftalmoloji problemlərlə bağlı maarifləndirici tədbirlər aparmaq, əhalinin göz problemləri ilə yaxından tanış olmaq və müalicələrinə kömək olmaqdır.
Tədbir zamanı aparılan müayinələr əsasında diaqnozlar qoyulub, reseptlər yazıblar. Ehtiyacı olanlar eynəklə təmin olunublar.
Rayon sakinləri onlara göstərilən qayğıya görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.