CƏMİYYƏT
Suraxanı rayonunda karantin qaydalarını pozaraq nişan mərasimi keçirən 57 nəfər cərimələnib
Bakı, 8 may, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları Qaraçuxur qəsəbəsində yerləşən "Qədir Xum" restoranında nişan mərasiminin keçirilməsinin qarşısını alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəzarət-profilaktik tədbir zamanı karantin qaydalarını pozan 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimələniblər.
Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb, onları karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi barədə məlumatlandırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]