CƏMİYYƏT


Suraxanı rayonunda kuryerlərin mopedlərini oğurlayan şəxs saxlanılıb VİDEO

Suraxanı rayonunda kuryerlərin mopedlərini oğurlayan şəxs saxlanılıb VİDEO

Bakı, 13 mart, AZƏRTAC

Moped oğurluğu ilə məşğul olan paytaxt ərazisində yaşayan Əli Abbasov Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı Əli Abbasovun Qaraçuxur qəsəbəsində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif ünvanlara pul müqabilində satdığı müəyyən edilib. Onun Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir. Əli Abbasov barəsində 32-ci Polis Bölməsində toplanmış materiallar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.