CƏMİYYƏT


Suraxanı rayonunda mağazalardan pul və ərzaq məhsulları oğurlayan dəstə üzvləri tutulublar

Bakı, 13 fevral, AZƏRTAC 

Yanvarın 30-da Suraxanı rayonu ərazisindəki mağazaların birindən 200 manat və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Əsgərov, S.Mustafayev və əvvəllər məhkum olunmuşlar - S.Ağayev və B.Əmirov Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ətraflarında aparılmış tədbirlərlə onların daha iki mağazadan 150 manat pul, ərzaq məhsulları və tütün məmulatı oğurlamaları da müəyyənləşib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.