CƏMİYYƏT


Suraxanı rayonunda narkotik vasitələr qəbul edərək taksi sürən şəxs saxlanılıb VİDEO

Suraxanı rayonunda narkotik vasitələr qəbul edərək taksi sürən şəxs saxlanılıb VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücünü müəyyənləşdiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaraçuxur qəsəbəsində yaşayan Hünər Mustafayev idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı həmin şəxs avtomobili narkotik vasitə qəbul edərək sürdüyünü etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində H.Mustafayevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü barəsində protokol tərtib olunub. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.