CƏMİYYƏT


Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb VİDEO

Bakı, 24 iyun, AZƏRTAC

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşası istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Seyidağa Ağayev saxlanılıb. Onun Hövsan qəsəbəsindəki Südçülük sovxozundakı evinin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi, ümumi çəkisi 5 kiloqram 515 qram olan 40 çətənə bitkisi aşkarlanaraq götürülüb. Seyidağa Ağayev ifadəsində çətənə bitkilərini satmaq məqsədilə əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan paytaxt sakini Elmar Mirzəyev saxlanılıb. Onun Suraxanı qəsəbəsində yerləşən evinin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə kolları, üzərindən və mənzilindən 3 kiloqram 500 qram, o cümlədən 9 ədəd kibrit qutusunda satış üçün qablaşdırılan qurudulmuş marixuana, heroin, metamfetamin bükümləri və elektron tərəzi aşkarlanaraq götürülüb. Elmar Mirzəyev ifadəsində Suraxanı qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirdiyini etiraf edib.

Seyidağa Ağayev və Elmar Mirzəyev barəsində Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.