CƏMİYYƏT


Suraxanı rayonunda qadına qarşı soyğunçuluq edən şəxs məsuliyyətə cəlb olunub

Bakı, 18 may, AZƏRTAC

Əmircan qəsəbə sakini G.Abıyevaya qarşı zor tətbiq edib içərisində 106 manat məbləğində pul olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılmış tədbirlərlə onun rayon ərazisindəki evlərin birindən oğurluq etmiş qrupun üzvü olması da müəyyən edilib.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.