CƏMİYYƏT


Suraxanı rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkar edilib

Bakı, 15 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilən reydlər zamanı Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində fiziki şəxslər Abdullayev Samir Tofiq oğluna və Heydərov Fəxrəddin Nağdəli oğluna, Əmirov Rauf Sərvər oğluna, Qaraçuxur qəsəbəsində isə fiziki şəxslər Abdullayev Yasin Hüseyn oğluna, Məmmədov Bayram Kərim oğluna və Həşimov Elmar Babalar oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib.

Faktlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.