CƏMİYYƏT


Suraxanı rayonunda səkkiz kiloqrama yaxın narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Bakı, 15 yanvar, AZƏRTAC

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının yanvarın ilk 10 günü ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 8 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hövsan, Əmircan və Yeni Günəşli qəsəbələrində həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə beş nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində tutulan Əfraim Dərbəndəliyevdən 1 kiloqram 430 qram marixuana, Ramin Abdullayevdən 60 qram heroin, Şamil Abbasovdan ümumilikdə 500 qrama yaxın heroin, həmçinin metamfetamin, Bəhruz Hüseynovdan 52 qram marixuana, Elçin Seyfullayevdən 1 kiloqram 425 qram heroin, 4 kiloqrama yaxın marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

İdarə əməkdaşlarının, həmçinin qeyd edilən dövr ərzində rayonun digər ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 25 nəfər saxlanılıb. Bu şəxslərin hər biri barəsində polis idarəsinin istintaq şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Təqdim olunan faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.