MƏDƏNİYYƏT


Suraxanıda Əmircan rəssamlarının sərgisi açılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Xalq rəssamı Səttar Bəhlulzadənin 109 illiyi münasibətilə Əmircan rəssamlarının ənənəvi sərgisi açılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, sərgidə Əmircanda, eyni zamanda, Bakının digər qəsəbələrində yaşayan 24 rəssamın çəkdiyi rəsmlər nümayiş olunur.

Sərginin açılış mərasimində çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov deyib ki, Əmircan torpağı bir çox tanınmış insanları, alimləri, rəssamları, şairləri, sənət adamlarını Azərbaycana bəxş edib. Onların ən tanınmışlarından biri də Xalq rəssamı Səttar Bəhlulzadədir. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 yanvar tarixli Sərəncamı ilə Səttar Bəhlulzadənin 100 illik yubileyi ölkəmizin hər yerində, o cümlədən xaricdə və UNESCO miqyasında qeyd olunub. Səttar Bəhlulzadənin dünya ictimaiyyətinə tanıdılmasında mədəni irsimizin himayədarı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm xidmətləri var. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizdə və xaricdə Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğində, istedadlı rəssamların və heykəltəraşların sərgilərinin təşkilində fəal iştirak edir. Ölkəmizdə yaradıcı insanlara həmişə böyük diqqət və qayğı ilə yanaşılır. Onların müxtəlif səviyyələrdə sərgiləri təşkil olunur.

Sərginin açılışında Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayev, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Xalq rəssamı Qəyyur Yunus, Xalq rəssamı Eldar Mikayılzadə, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev çıxış ediblər.

Sonra sərgi ilə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.